Modern.az

Azərbaycanlı turist Türkiyədə faciəli şəkildə öldü

Azərbaycanlı turist Türkiyədə faciəli şəkildə öldü

Aktual

3 Avqust 2016, 13:13

Türkiyədə azərbaycanlı turist ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində 39 yaşlı Azərbaycan vətəndaşı Oleq Shır körpüdən çaya düşərək həlak olub.

 

Hadisənin şahidləri jandarma və 112 təcili tibbi yardıma xəbər veriblər. O.Shırın səhhətindəki problemlərə görə özünü körpüdən atdığı iddia olunur.

 

Cəsəd müayinə üçün üçün Antalya ədliyyə tibb müəssisəsinə göndərilib. Hadisə ilə bağlı Alanya prokurorluğunda cinayət işi başlanıb.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı