Modern.az

Samur-Abşeron kanalında batan şəxsin meyiti tapıldı

Samur-Abşeron kanalında batan şəxsin meyiti tapıldı

Aktual

3 Avqust 2016, 15:30

Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:40-da başa çatıb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...