Turizmə Dəstək Gənclər Assosiasiyası İctimai Birliyi Prezident yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstək Şurasının maliyyə dəstəyi ilə 01 - 03 avqust 2016-cı ildə İmişlidə ““Əsgər balama” şerinin vətənpərvərlik kontekstində təbliği” adlı tədbir həyata keçirib.
Tədbirdə vətənpərvərlik ruhunda yazılmış şerin təqdimatı və bu barədə maarifləndirmə söhbətləri aparılıb.
Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir.
Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunub, tədbirdə onlara məlumatlandırma materialları da paylanıb.
Modern.az