Modern.az

Çimərlikdə batan bacıların ikincisinin də meyiti tapıldı

Çimərlikdə batan bacıların ikincisinin də meyiti tapıldı

Aktual

3 Avqust 2016, 17:00

Ötən gün axşam Bakının Novxanı çimərliyində batan bacılardan ikincisinin də cəsədi tapılıb. Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

 

O bildirib ki, Aytac Əliyevanın meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb.

 

Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı