Modern.az

İki dəfə əkizdən sonra qadının üç uşağı oldu

İki dəfə əkizdən sonra qadının üç uşağı oldu

Aktual

3 Avqust 2016, 20:12

30 yaşlı Elmira Sulaymankulova 7 uşaqla Qırğızıstan prezidentinin “Qəhrəman ana” ordeninə namizəd olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tumanovlar ailəsi 3 uşağın dünyaya gələcəyindən demək olar doğuşdan əvvəl xəbər tutublar.

Elmira hamiləliyinin 8 aylığında axırıncı dəfə UZİ etdirib. Qadının artıq 4 övladı var. O 2009-cu ildə Bekzat və Ayzat adlı əkizlərini dünyaya gətirib. Üstündən 4 il keçəndən sonra ikinci əkizlər – Bekjan və Ayjan doğulub. Üçəmlərin ikisi oğlan, biri qızdır.

2015-ci ilin noyabr ayında Qırğızıstanda güclü zəlzələ olub. Çoxuşaqlı ailənin yaşadığı Karasu rayonunda Tumanovlarınkı da daxil olmaqla 90 ev dağılıb. Təmir üçün pul heç cür tapa bilməyiblər. Ancaq indi, üç uşaq doğulandan sonra administrasiya ya torpaq sahəsi, ya da mənzil ayrılması məsələsini həll edəcək.

Qırğızıstan qanununa görə 7 uşaq doğan qadın “Qəhrəman ana” statusu alır. Onların bütün uşaqlarına pulsuz təhsil almaq hüququ verilir və kommunal xidmətlərə görə güzəşt edilir. Elmiraya ordeni Qırğızıstan prezidenti şəxsən özü təqdim edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı