Modern.az

Kürdəmirdə ağır qəza: ölən və yaralanan var

Kürdəmirdə ağır qəza: ölən və yaralanan var

Aktual

3 Avqust 2016, 20:36

Kürdəmirdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

 

Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakinləri - 1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub.

 

Nəticədə Ə.Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, A.Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı