Modern.az

Gənc oğlan dayısını bıçaqlayıb

Gənc oğlan dayısını bıçaqlayıb

Aktual

3 Avqust 2016, 21:59

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.  Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı