Modern.az

Qəbələ və Ağsuda taxıl sahəsi yanıb

Qəbələ və Ağsuda taxıl sahəsi yanıb

Aktual

4 Avqust 2016, 00:48

Qəbələ və Ağsuda yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Əmirvan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 80 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.

 

Ağsu rayonu, Kəndoba kəndində isə kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və 9 ha kol-kos yanıb. Digər ərazilər yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı