Modern.az

Salyan sakinini çaqqal dişləyib

Salyan sakinini çaqqal dişləyib

Aktual

4 Avqust 2016, 01:02

Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, Salyan şəhəri, İsa Quliyev küçəsində yaşayan 46 yaşlı Talıb Mirzağa oğlu Hüseynov Arbatan kəndinə gedərkən çaqqal hücumuna məruz qalıb.

 

Yırtıcı, kişinin sol qıç nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən quduzluğa qarşı vaksin vurduqdan sonra o, ambulator müalicəyə buraxılıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı