Modern.az

Lənkərandakı yanğın barədə rəsmi AÇIQLAMA

Lənkərandakı yanğın barədə rəsmi AÇIQLAMA

Aktual

4 Avqust 2016, 09:51

Fövqəladə Hallar Nazirliyi Lənkəranda Böyük Bazarda baş verən yanğınla bağlı açıqlama verib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az-a deyib ki, bazarda 1 çayxana və 1 dükan yanıb:

 

“ Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın səhər saat 07:25-də baş verib.

Hadisə yerinə cəlb olunmuş əməkdaşlarımız tərəfindən yanğın söndürülüb”.

O. Bayramov yanğın zamanı xəsarət alanın olmadığını qeyd edib.

 

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!