Modern.az

Bakının bu yerlərində su olmayacaq - SİYAHI

Bakının bu yerlərində su olmayacaq - SİYAHI

Aktual

4 Avqust 2016, 10:12

Bu gün paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bu barədə Modern.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Məlumatda qeyd edilir ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!