Modern.az

Neftçilər prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Neftçilər prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Aktual

4 Avqust 2016, 11:12

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

 

 Modern.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər,  Neftçilər prospektinin,  Azneft  dairəsindən   Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq . Bununla əlaqədar olaraq sözügedən  prospektdə  avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı