Modern.az

Ermənistan baş prokuroru istefa verdi

Ermənistan baş prokuroru istefa verdi

Aktual

4 Avqust 2016, 13:45

Ermənistan Baş prokuroru Qevorq Kostanyan postundan istefa verib. Modern.az xəbər verir ki. bu barədə “Qrapark” qəzeti xəbər yayıb.

 

“İstefanın səbəbləri bilinmir. Həmçinin, Kostanyanın varisinin kim olacağı da məlum deyil” - deyə qəzet yazır.

 

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Kristine Melkonyan isə istefa xəbərini təsdiqləyərək prokurorun sağlamlığında yaranmış problemlərə görə, vəzifəsindən getdiyini bildirib.

 

Xatırladaq ki, o, 2013-cü ildə Baş prokuror postuna təyin olunmuşdu.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı