Modern.az

Qafqaz Universitetinin sabiq dekanı Türkiyədə axtarışa verildi

Qafqaz Universitetinin sabiq dekanı Türkiyədə axtarışa verildi

Aktual

4 Avqust 2016, 14:03

 

Qafqaz Universitetinin keçmiş dekanı Türkiyədə axtarışa verilib.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, axtarışa verilən əvvəllər Azərbaycandakı Qafqaz Universitetində 3 il  dekan vəzifəsində çalışmış və Fətullah Gülənin “ekran üzü” adlandırılan ən hazırlıqlı tələbəsi olan Davud Aydüzdür.

 

O, 15 iyul hərbi çevriliş cəhdinə qədər Türkiyədəki Sakarya Universiteti İlahiyyat Fakültəsi Təfsir bölümünün müəllimi kimi çalışıb.

 

Xatırladaq ki, Sakarya Universitetindən 8-i İlahiyyat fakültəsindən olmaqla 10 professor işdən azad olunub.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı