Modern.az

Cəlilabadda Qarabağ əlilləri və şəhid ailələrinə 8 mənzil təqdim olunub

Cəlilabadda Qarabağ əlilləri və şəhid ailələrinə 8 mənzil təqdim olunub

Aktual

4 Avqust 2016, 14:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cəlilabad rayonunda 8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

 

 

Fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, ölkəmizin müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, həmçinin hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanların istifadəsinə verilir.

 

 

Sərəncamın icrası işlərinin davamı kimi, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 223 nəfər şəxsə, o cümlədən 140 nəfər  Qarabağ müharibəsi əlilinə, 83 şəhid ailəsinə müasir tələblərə cavab verən yeni mənzillər təqdim olunub. Bu təbəqələrdən olan vətəndaşların  Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatı da gücləndirilir. Cari ilin yanvar ayında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.

 

 

Tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası, onların səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunması yönündə görülən işlərdən də bəhs olunub.

 

 

Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri onların maddi təminatlarının gücləndirilməsi, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə edildiklərinə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

 

Daha sonra fərdi yaşayış evlərinə baxış olub. Mənzillərdə ailələrin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.

 

 

İstifadəyə verilən fərdi yaşayış evlərindən 4 ədədi Qarabağ müharibəsi əlillərinə, digər 4 ədədi isə şəhid ailələrinə təqdim olunub.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı