Modern.az

Şimali Koreya Aya insan göndərməyi planlaşdırır

Şimali Koreya Aya insan göndərməyi planlaşdırır

Aktual

4 Avqust 2016, 14:37

Şimali Koreyanın kosmik proqramı yaxın 10 ildə Aya kosmonavt göndərilməsini nəzərdə tutur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Aerokosmik İnkişaf Agentliyinin direktoru  Hyön Qvanyil deyib.

 

O, yaxın illərdə Şimali Koreya bayrağının Ay səthində yer alacağını anons edib.

 

“ABŞ və onun müttəfiqlərinin bizə mane olmaq cəhdlərinə baxmayaraq, alimlərimiz bu sahədə elmi işlərini daha da sürətləndirəcəklər”.

 

Şimali Koreyanın ballistik raket sınaqları qonuş Yaponiya və Cənubi Koreyada ciddi narahatlıq doğurur.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı