Modern.az

“Mitinqlərdə yalnız Türkiyə, Şimali Kipr və Azərbaycan bayraqları dalğalana bilər”

“Mitinqlərdə yalnız Türkiyə, Şimali Kipr və Azərbaycan bayraqları dalğalana bilər”

Aktual

4 Avqust 2016, 14:54

“Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağından başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamlarının toplantısı zamanı deyib.

 

O bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları qaldırılır:

 

“Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur”.

 

Xatırladaq ki, avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanlarına xatirəsinə həsr edilmiş demokratiya mitinqi keçiriləcək.

 

Türkiyədə bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı