Ermənistan hüquq-mühafizə orqanlarında istefalar davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsinin rəisi Mnatsakan Maruxyan tutduğu vəzifəsindən azad olunub.
Məlumata görə, Maruxyanın istefaya göndərilməsi onun təqaüdə çıxması ilə əlaqələndirilir.
M.Maruxyanın yerinə Ermənistan MTX-nin İstintaq idarəsinin rəisi müavini Mikael Ambartsumyan təyinat alıb.
Ağa AKİFOĞLU