Modern.az

Elmar Məmmədyarov UNİCEF-in yeni təyin olunan nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov UNİCEF-in yeni təyin olunan nümayəndəsini qəbul edib

Aktual

4 Avqust 2016, 20:14

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Edvard Karvadini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən xəbərə görə, Edvard Karvadin təyinat məktubunu nazir E. Məmmədyarova təqdim edib.

E. Məmmədyarov yeni təyinatı münasibətilə E. Karvadini təbrik edərək Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Uşaq Fondu ilə faydalı əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Nazir uşaqların hüquqlarının qorunmasının Azərbaycan Hökumətinin gündəliyində prioritet məsələlərdən biri olduğunu qeyd edərək, BMT-nin Uşaq Fondunun Azərbaycanda fəaliyyətində məcburi köçkün ailələrindən olan uşaqların problemlərinə xüsusi diqqət yetirməsinin vacibliyini vurğulayıb.

 

Görüş əsnasında E. Məmmədyarov Heydər Əliyev Fondunun və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin həyata keçirdiyi layihələr haqqında məlumat verib.

 

E. Karvadin Azərbaycanın uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atdığını qeyd edərək, BMT-nin Uşaq Fondunun praktiki əsasda Azərbaycan tərəfi ilə qurulmuş əməkdaşlıqdan məmnun olduğunu ifadə edib. O, BMT-nin Uşaq Fondunun 2016-2020-ci illəri əhatə edən ölkə üzrə yeni proqramının qəbul olunmasının gələcək əməkdaşlığın yeni perspektivlər müəyyən edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı