Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, parlamentdə pulla yer almaq mümkün deyil. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, qeyd edib ki, heç bir varlı şəxs oz adamını pul gücünə deputat seçdirə bilməz.
“Baxın, digər ölkələrdə nə baş verir: orada parlamentdə dava salıblar, orada yumruqlaşıblar, hansısa oliqarxlar siyasiləşdirir, öz qruplaşmalarını yaradırlar. Mən məsuliyyətlə bunu bəyan edirəm ki, heç kim pulla, heç bir varlı adam hansısa yolla öz adamını parlamentə güclə keçirə bilməyəcək”, - Lukaşenko vurğulayıb.
O, bununla belə bir deputat yeri üçün 6 nəfərin mübarizə aparmasından məmnun qalıb.
Belarus Milli Məclisinin Nümayəndələr palatasına (bu parlamentin aşağı palatasıdır) deputat seçkisi sentyabrın 11-nə təyin edilib və majoritar sistemlə keçiriləcək, 110 dairədə bir bu qədər deputat seçilməlidir. Hazırda namizədlərin qeydiyyata alınması mərhləsi gedir.
Modern.az