“Bakının Zabrat qəsəbəsində küçə itinin dişlədiyi Rauf Şirinovun səhhəti normaldır. Hazırda müalicəsini evdə davam etdirir”.
Bu haqda Modern.az-a R.Şirinovun dayısı Sahib Məmmədov bildirib.
O qeyd edib ki, bu gün növbəti vaksin vurulub:
“Quduzluq əleyhinə ilk vaksin 3 saylı Sabunçu Klinik Xəstəxanasında vurulmuşdu. Bu gün də növbətini Zabratda vurdurduq. Hər şey normaldır. Raufun heç bir narahatlığı yoxdur”.
Məlumat uşun bildirək ki, hadisə avqustun 3-də Bakı şəhəri, Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Şirinov Rauf Eldar oğlunu nəzarətsiz qalan it dişləyib. R.Şirinova 3 saylı Sabunçu Klinik Xəstəxanasında ilk yardım olaraq quduzluq əleyhinə vaksin vurulduqdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
Xəstəyə ilkin olaraq sol göz almasının kəsilmiş-cırılmış yarası, alt göz qapağının kəsilmiş-cırılmış yarası, üzün, çənənin yumşaq toxumalarının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.
Klinikanın Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun cərrahi müdaxiləsindən sonra R.Şirinovun səhhəti normallaşıb.
Gülşən RAUFQIZI