Modern.az

Obama etiraf etdi: “Putinə tam güvənim yoxdur”

Obama etiraf etdi: “Putinə tam güvənim yoxdur”

Aktual

5 Avqust 2016, 12:15

ABŞ  prezidenti Barak Obama Suriyadakı situasiyanı dəyişdirmək məqsədilə İŞİD-ə qarşı Moskva ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Amma Obama Putinə güvəninin tam olmadığını dilə gətirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonda Milli Təhlükəsizlik Şurası üzvləri ilə bir araya gələn ABŞ prezidenti Barak Obamanın gündəmində İŞİD-lə mübarizə vardı.

 

Obama "ABŞ Suriyada zorakılığı azaltmağı IŞİD və Əl-Qaidəyə qarşı səyləri gücləndirmək üçün Rusiya ilə əməkdaşlığa hazır vəziyyətdədir. Amma "Ruslara və Vladimir Putinə güvənməyimə əmin deyiləm. Rusiya lazımi addımları atmaqdan imtina edir” – deyə fikirlərini bölüşüb.

 

Moskvanın addım atmasının lazım olduğunu təkrarlayan Obama, əks halda beynəlxalq arenada Rusiyanın Suriyada qatil rejimi dəstəkləyən məsuliyyətsiz ölkə kimi tanınacağını qeyd edib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı