Modern.az

"Qarabağ"la "Qəbələ"nin “pley-off”dakı rəqibi bilindi

"Qarabağ"la "Qəbələ"nin “pley-off”dakı rəqibi bilindi

Aktual

5 Avqust 2016, 15:25

Bu gün UEFA Avropa Liqasında “pley-off” mərhələsinin püşkü atılıb.

Modern.az saytı xəbər verir ki, püşkatma nəticəsində AvroLiqanın qrup mərhələsində mübarizə aparmaq üçün həlledici matçlara çıxacaq Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının rəqibləri bəlli olub.

Püşkatma “Qarabağ”a İsveçin "Höteborq", "Qəbələ”yə isə Sloveniyanın "Maribor" komandasını rəqib edib.
Hər iki komandamız ilk oyunu səfərdə keçirəcək.

"Pley-off"un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.


***

"Maribor" (Sloveniya) - "Qəbələ"

"Höteborq" (İsveç) - "Qarabağ"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı