Modern.az

Paytaxtda ərzaq mağazası YANDI

Paytaxtda ərzaq mağazası YANDI

Aktual

28 Dekabr 2016, 09:10

Bakıda ərzaq mağazası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı