Modern.az

Həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb

Həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb

Aktual

1 Yanvar 2017, 22:30

Samux rayonunda həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb.  Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Samux rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində özünü bıçaqlayıb. Qarın nahiyəsindən bir bıçaq yarası alan R. İmanov yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, həkimlər tərəfindən əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi