Modern.az

Göyçayda ağır qəza: 2 yaralı

Göyçayda ağır qəza: 2 yaralı

Aktual

2 Yanvar 2017, 21:22

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

Məlumata görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Bakı küçəsindəki 25 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Elnur Rəhimov və onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əzizə Salmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların vəziyyəti normallaşıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı