Modern.az

Kürdəmirdə "Kamaz"la toqquşan təcili tibbi yardım maşını yandı

Kürdəmirdə "Kamaz"la toqquşan təcili tibbi yardım maşını yandı

Aktual

3 Yanvar 2017, 10:41

Təcili tibbi yardım maşını yanıb.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...