Modern.az

Şəmkirdə toy karvanı qəzaya düşdü, 9 nəfər yaralandı  

Şəmkirdə toy karvanı qəzaya düşdü, 9 nəfər yaralandı   

Aktual

4 Yanvar 2017, 17:25

Şəmkirdə ağır yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.



Yol qəzasında xəsarət alanların sayı 9 nəfərə çatıb.

 

Xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev,1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.




Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...