Modern.az

Türkiyə azərbaycanlı çobanlara iş təklif edir

Türkiyə azərbaycanlı çobanlara iş təklif edir

Aktual

5 Yanvar 2017, 15:31

Türkiyənin Çorum vilayətinindəki kəndlərdə çoban çatışmazlığı problemi var.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çorum vilayətinin valisi Nəcməddin Kılıç problemin həlli üçün bir sıra təkliflər səsləndirib.

Nəcməddin Kılıç bildirib ki, vilayətdəki çobanlara sürü idarəetməsi üzrə təlimlər keçirilərək sertifikatlar veriləcək.

"Həmçinin müəyyən olunmuş sayda əgər çoban tapılmazsa, Azərbaycan kimi türkdilli ölkələrdən Məşğulluq və Sosial Təminat Nazirliyinin icazəsi ilə gələn çobanlara da iş verilə bilər".

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı