Modern.az

Rektorlardan Abel Məhərrəmova TƏBRİK

Rektorlardan Abel Məhərrəmova TƏBRİK

Aktual

5 Yanvar 2017, 15:58

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun doğum günüdür.

Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır.
1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 

Azərbaycan universitetlərinin rektorları Modern.az-a açıqlamalarında Abel Məhərrəmovu xarakterizə ediblər, ona təbriklərini çatdırıblar.

 

Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyev:

 

“Bakı Dövlət Universiteti Azərbaycanın ən qədim universitetlərindən biridir. Mənim dostum, həmkarım Abel Məhərrəmov uzun müddətdir ki, Bakı Dövlət Universitetinin rektorudur. O çox gözəl insan, gözəl ailə başçısı, yaxşı alimdir. Ona can sağlığı və uğurlar arzulayıram. Abel Məhərrəmova yeniliklər arzulayıram.  Onun səsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində eşidilir. Abel Məhərrəmov çox böyük nüfuza malikdir”

 

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva:

 

“Abel müəllim təhsilimizin görkəmli simasıdır, Azərbaycan universitetlərinin tacı olan Bakı Dövlət Universitetinin rektorudur. Abel müəllim cəmiyyətimizin sevdiyi bir insandır. Abel müəllimi doğum günü münasibəti ilə təbrik edirəm, ona uzun ömür, can sağlığı arzu edirəm.  Allahın verdiyi ömrü şərəflə yaşayıb və bundan sonra da şərəflə yaşamasını arzu edirəm”

 

Odlar Yurdu Universitetinin  rektoru Əhməd Vəliyev:

 

“Abel müəllim  Azərbaycanın ən nüfuzlu universitetlərinin birinin rektorudur. Onu yeni yaşı münasibəti ilə təbrik edirəm. Allahı onu ailəsinə çox görməsin, sevdiklərinin üzərindən əksik etməsin. Abel müəllimə elmi  fəaliyyətlərində də uğurlar, hər zaman yüksək nailiyyətlər arzu edirəm.  Səs-sədası hər zaman yüksəklərdən gəlsin”.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı