Modern.az

"Qızıl Xaç" erməni diversantlara baş çəkdi

"Qızıl Xaç" erməni diversantlara baş çəkdi

Aktual

9 Yanvar 2018, 12:31

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan ermənilərə baş çəkib.

 

Bu barədə Modern.az-a qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

Onun sözlərinə görə, Komitə nümayəndələri ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə baş çəkib: "Başçəkmə zamanı saxlanılanların saxlanma şəraiti və onlarla rəftarın monitorinqi aparılıb".

 

Xatırladaq ki, iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan Azərbaycanda saxlanılır. A.Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı