Modern.az

Sabahın hava PROQNOZU - Yağış, sulu qar...

Sabahın hava PROQNOZU - Yağış, sulu qar...

Aktual

9 Yanvar 2018, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı,bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında  mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununayüksələcək, nisbi rütubət80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında  intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8dərəcə isti,dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 

 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında  güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)