Bakıda yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.