Modern.az

Zəlimxan Yaquba aid arxiv aidiyyatlı qurumlara veriləcəkmi?-AÇIQLAMA

Zəlimxan Yaquba aid arxiv aidiyyatlı qurumlara veriləcəkmi?-AÇIQLAMA

Aktual

9 Yanvar 2018, 22:40

Bu gün çağdaş Azərbaycan ədəbiyyatında milli ruhlu poeziyanın ən layiqli davamçılarından olan, yaradıcılığını irfani, milli ruha həsr edən mərhum Xalq şairi Zəlimxan Yaqubun ölümündən iki il ötür. 1950-ci ilin 21 yanvarında Borçalı mahalının Kəpənəkçi kəndində anadan olan Zəlimxan Yaqub 2016-cı ilin bu günündə dünyadan köçüb.

 

Zəlimxan Yaqub sağlığında çox məhsuldar fəaliyyəti ilə yadda qalıb. Onun aşıq şeirindən, irfan qatından gələn milli ruhlu şeirləri onlarla kitablarda cəmlənib. Şairin ölümündən bir neçə il öncə çapdan çıxan 13 cildliyində onun bütün yaradıcılığı öz əksini tapıb.

 

Bəs, şairə məxsus olan və arxiv, dövlət muzeyləri üçün yararlı sayılan materiallar aidiyyatı qurumlara veriləcəkmi?

 

Şairin oğlu Bəhlul Yaqubov Modern.az-a açıqlamasında atasının arxivi ilə bağlı bəzi planlarının olduğunu, lakin gələcəkdə onların muzeyə və dövlət arxivinə də verilmə ehtimalının olmasından danışıb:

“Atama aid materialları arxiv və muzey də istəyib. Sadəcə, hələlik verməmişəm. Çünki özümüzün bir neçə planımız var  və  ona görə qalıb. Çalışacağıq ki, ev-muzeyi ya o formatda nəsə hazırlayaq. Əgər bu baş tutmasa, o zaman materialları arxivə də, muzeyə də təhvil verəcəyəm.

 

Atama aid demək olar ki, heç bir çap olunmamış əlyazma yoxdu. Hamısı çap olunub. Amma arxiv evdədir”.

 

E. Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı