Modern.az

Bakıda binada yanğın oldu - 7 nəfər təxliyə edildi

Bakıda binada yanğın oldu - 7 nəfər təxliyə edildi

Aktual

11 Yanvar 2018, 09:01

Bakıda yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda dördmərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb. Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)