Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

Bu yolda hərəkət məhdudlaşdırılacaq   

Aktual

25 Aprel 2018, 17:43

Aparılan təmir işləri ilə əlaqədar olaraq 26 aprel tarixində gecə saatlarında Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində qüvvədə olacaq.

 
Bu barədə Modern.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə  açıq olacaq”,-deyə bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir