Modern.az

“Atletiko”dan 70 milyonluq transfer

“Atletiko”dan 70 milyonluq transfer

Aktual

30 İyul 2018, 22:54

“Monako”nun futbolçusu Tomas Lemarın “Atletiko”ya keçidi rəsmiləşib. Modern.az xəbər verir ki,  klubun saytında yayılan məlumata görə, fransız futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Madrid təmsilçisi Lemar üçün “Monako”ya 70 milyon avro ödəyəcək. O, yeni klubunda 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan 23 yaşlı hücumameylli yarımmüdafiəçi "Sportinq"in yetirməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı