Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər həlak olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə El-Tarra bələdiyyəsi ərazisində baş verib. Motosikletlərlə bilyard oyununun oynanıldığı binaya gələn naməlum şəxslər binanın içindəki insanlara atəş açıblar.
Qeyd olunur ki, hücum zamanı həmçinin daha 3 nəfər yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır.