Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər davam etdirilir.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, reydlər zamanı Lənkəran rayonu Xəzər dənizi sahili zonasında fəaliyyət göstərən “Delfin” ictimai-iaşə obyektində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı, “Meduza”, “Su pərisi”, “Panarama”, “Məşədi”, “Gəl arada bir” ictimai iaşə obyektlərində isə əmələ gələn məişət tullantılarının qalaqlandığı və yandırıldığı müəyyən olunub.
Reydlər davam etdirilir.