Modern.az

Bakıda süpürgəçi qadını maşın vurub öldürdü  

Bakıda süpürgəçi qadını maşın vurub öldürdü   

Aktual

31 İyul 2018, 12:31

Bakıda daha bir süpürgəçi qadını maşın vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən Modern.az-a verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun  Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.
 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!