Modern.az

Su anbarının sahilində 6 ədəd partlamış-yanmış mərmi aşkarlandı - FOTO

Su anbarının sahilində 6 ədəd partlamış-yanmış mərmi aşkarlandı - FOTO

Aktual

31 İyul 2018, 19:01

İyulun 31-də saat 15:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. 

ANAMA-da Modern.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Ağstafa su anbarının sahilinə  baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd müxtəlif növ partlamış-yanmış mərmi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Partlamış-yanmış mərmilərin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı