Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

31 İyul 2018, 23:22

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 30-da 75,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 30-da 72,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 30-da 75,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı