Modern.az

“Qarabağ” bu gün Çempionlar Liqasının cavab oyununa çıxır

“Qarabağ” bu gün Çempionlar Liqasının cavab oyununa çıxır

Aktual

1 Avqust 2018, 08:22

UEFA-nın Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq. 

Modern.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub - 0:0. 

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir. 

“Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.

1 avqust

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)
Hakimlər:
 Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı