Modern.az

Sex sahibinə cərimə kəsildi

Sex sahibinə cərimə kəsildi

Aktual

1 Avqust 2018, 09:29


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 


Nazirlikdən Modern.az-a bildirlib ki, reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə  qanunsuz yolla əldə edilmiş 6 m3 həcmində fıstıq və vələs  cinsli meşə materialı aşkar edilib.


Faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən  993 manat  məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.                  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı