Modern.az

Avtomobil yük maşınına çırpıldı – 6 ölü

Avtomobil yük maşınına çırpıldı – 6 ölü

Aktual

1 Avqust 2018, 10:36

Rusiyanın Rostov əyalətində yük maşını ilə avtomobilin toqquşması nəticəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Rusiya Daxili İşlər Nazirliyinin region üzrə saytına istinadən xəbər verir ki, dəhşətli qəzada 6 nəfər həyatını itirib, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Qəza Çertkovsk rayonunda baş verib. Kamaz markalı yük maşını texniki nasazlıq səbəbi ilə maşını yol kənarında saxlamağa cəhd edib və buna nail olub. Bu zaman öz yolu ilə hərəkət edən Volkswagen markalı avtomobil kamaza çırpılıb.

 

Hazırda hadisənin təfərrüatları müəyyən edilir.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı