Modern.az

Paytaxtda avtoyuma məntəqəsində bədbəxt hadisə

Paytaxtda avtoyuma məntəqəsində bədbəxt hadisə

Aktual

5 Avqust 2018, 23:29

Bakıda Salyan sakinini elektrik cərəyanı vurub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtdakı “avtoyuma” məntəqələrindən birində baş verib.

 

Həmin məntəqədə işləyən 1994-cü il təvəllüdlü Xələc kənd sakini Hüseynov Araz Çingiz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

 

Mərhumun meyiti bu gün Xələcə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?