Modern.az

Yevlaxda ağır qəza - Piyada öldü

Yevlaxda ağır qəza - Piyada öldü

Aktual

13 Sentyabr 2018, 13:17

Daxili İşlər Nazirliyi Yevlax rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.


Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, sentyabrın 12-də saat 20 radələrində Yevlax şəhərinin ərazisində Bərdə rayon sakini Sadiq Nəbiyev idarə etdiyi “VAZ-21101” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və zərbədən həmin şəxs yolun əks istiqamətində hərəkətdə olan Ağdam rayon sakini Savalan Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə dəyib və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı