Bakıda 1-ci Beynəlxalq Döyüş növləri Festivalı keçirilib. Tədbirin təşkilat komitəsindən Modern.az-a verilən məlumata görə, yarış Muay Tay, Tay Boks, Usu, Fri Faytinq, Karate Şotakan, Alpaqut, Kunqfu, və Taekvando ITF döyüş növləri üzrə keçirilir.
Döyüş Növləri Assosiasiyasının prezidenti Azər Həsənsoyun təşkilatçılığı ilə keçirilən festival 3 gün davam edib. Sonda hər döyüş növü üzrə yarışın qalibləri müəyyən edilib. Muay Tay uzrə 1-ci yerin qalibləri Seymur Teymurov, Məhəmməd Əliyev, Səyid İbrahimli, Elgün Çıraqov, İlqar Çıraqov, Sarvan Hilalov, Kənan Həsənov, -Ayaz Allahverdiyev, Tural Allahverdiyev, Murad Dəmirov, Cavidan Əhmədov və Turan Mirzəliyev olublar. Yarışda Uşu-Sanda üzrə birinci yerlərə isə Hüseyn Dadaşov, Arif İsmayılov, Nicat Muradov, Seymur Həmidov və Pərviz Abiyev qazanıb. Festivalda Fri Faytin (MMA) üzrə də qaliblərin adları məlum olub.
Həmin idmançılarımız 70 kq çəki dərəcəsində Vaqif Hacıyev, 80 kq-da Dadaşov Vüsal, 55 kq –da isə Hüseynov Samirdir. Yarışda Taekvondo (ITF) döyüş növü üzrə 1-ci yerin qaliblər Alişan Orucov, Hüseyn Əliyev, Rüstəm Əliyev, Yasin İbrahimov, Yusif Ələsgərli və Hüseyn Babayevdir.