Modern.az

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

Aktual

13 Sentyabr 2018, 19:37

ABŞ hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyibəyanat yayıb.

Bəyanatda deyilir ki, Şimali Koreya ilə əlaqələrinə görə, Rusiyanın "Volasys Silver Star" və Çinin "Yanbiyan Silver Star Network Technology" şirkətləri "qara siyahı”ya salınıb.

Adıçəkilən şirkətlərin ABŞ ərazisində ola biləcək hər cür əmlakına həbs qoyulub, onlar maliyyə əməliyyatlarında iştirak edə bilməzlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır