Modern.az

Tovuzda 21 yaşlı oğlanın qulağını kəsdilər

Tovuzda 21 yaşlı oğlanın qulağını kəsdilər

Aktual

13 Sentyabr 2018, 21:41

Tovuz rayonunda dava olub. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

 

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

 

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı